Texniki problemlər
Kompüter / Proyektorun / İnternet
PK-i işə salmaq mümkün deyil
  • 1-ci addım. Qida naqilinin elektrik mənbəyə və elektrik bağlayıcıya qoşulmasını yoxlayın, həmdə qida blokunun "Sönülü"("Off/Вкл") vəziyyətində olub olmadığını yoxlayın.
  • 2-ci addım. Nasazlıq aradan qaldırılmasa http://servicedesk.edu.az saytına daxil olub ərizənizi göndərin və ya texniki dəstəyin qaynar xəttinə zəng edin: +994 12 599 1155 (2008)
Qara ekran
  • 1-ci addım. Monitorun qida mənbəsini yoxlayın
  • 2-ci addım. Displey ayarlarının ekran menyusunun uyğun düymələri basıldıqda əks olunduğunda əmin olun. Əgər əks olunmursa, demək ki monitor sıradan çıxıb və işlək vəziyyətdə deyil.
  • 3-cü addım.Ekran menyusu əks olunursa, monitorun üzərində yerləşən "Source" düyməsi və ya menyudan uyğun düymə köməyi ilə lazımi qoşulan giriş əks olunana kimi girişləri dəyişin.
  • 4-cü addım. "Win" düyməsini basılı saxlayaraq və iki dəfə "P" düyməsini basaraq ekranda əks olunma rejimlərini dəyişin - bu dörd rejimdən birinə keçməyə imkan verir. Bir neçə saniyə gözləyin və təsvirin heç olmasa bir rejimdə təsvir olunub olunmadığı yoxlamaq üçün 4 dəfə təkrar edin
  • 5-ci addım. Ekranın parlaqlığını artırmaq üçün Fn+F12 düymələrini basılı saxlayın
  • 6-cı addım. Bu addımlardan sonra nasazlıq aradan qaldırılmasa http://servicedesk.edu.az saytına daxil olub ərizənizi göndərin və ya texniki dəstəyin qaynar xəttinə zəng edin: +994 12 599 1155 (2008)
PK-in fiziki zədələnməsi
  • 1-ci addım. Məktəbin texniki mütəxəssisinə müraciət edin.
  • 2-сi addım. http://servicedesk.edu.az saytına daxil olub ərizənizi göndərin və ya texniki dəstəyin qaynar xəttinə zəng edin: +994 12 599 1155 (2008)
Əməliyyat sistemi yüklənmir
1-ci addım. Təhlükəsiz rejimdə daxil olmağa çalışın. Bunun üçün yüklənmənin əvvəlində F8 düyməsini basılı saxlayın. Əks olunan Windows menyusunda təhlükəsiz rejimi seçin ("Безопасный режим/Safe Mode") və "Enter" düyməsini basın. Bir müddət sonra kompüter təhlükəsiz rejimdə işə düşəcək. Daha sonra siz kompüteri sıradan çıxaran ayarlarda dəyişiklik edə və ya hər hansı proqram təminatını silə bilərsiniz.

2-ci addım. Kompüter əməliyyat sisteminin yükləndiyi diski görmədikdə, ( "An operating system wasn't found", "No bootable device" və bunun kimi yazılar), BIOS və ya UEFI ayarlarında yüklənmə sistem diskindən deyil, xarici qurğudan və ya digər məntiqi bölmədən həyata keçirilə bilər. Susmaya görə parametrləri bərpa etmək üçün:

  1. Kompüteri söndürün və yenidən işə salın.
  2. Kompüter işə salınan kimi klaviaturada sistem düymələrindən birini basın, məsələn F2. Bu digər düymədə ola bilər, lazım olan düymə adətən kompüter yükləndikdə ekranın aşağısında kompüterin və ya ana platanın istehsalçısının logotipinin yanında əks olunur.
  3. Ayarlarda lazımi diski birinci qeyd etmək.
  4. Dəyişiklikləri yadda saxlamaq üçün "Yadda saxla və çıx" düyməsini basın ("Save and Exit/Сохранить и выйти").
3-cü addım. Bu addımlardan sonra nasazlıq aradan qaldırılmasa http://servicedesk.edu.az saytında ərizənizi göndərin və ya texniki dəstəyin qaynar xəttinə zəng edin: +994 12 599 1155 (2008)
Proyektor nasazlığı
http://servicedesk.edu.az saytına daxil olub ərizənizi göndərin və ya texniki dəstəyin qaynar xəttinə zəng edin: +994 12 599 1155 ( daxili 2008)
Avadanlıq çatışmazlığı
http://servicedesk.edu.az saytına daxil olub ərizənizi göndərin və ya texniki dəstəyin qaynar xəttinə zəng edin: +994 12 599 1155 (2008)
Brauzerin səhifəsi yüklənmir
1-ci addım. Kompüteri, ruteri və modemi söndürüb yandırın.
2-ci addım. Əgər sizin internetiniz ruterlə işləyirsə və heç bir brauzerdə, heç bir qurğuda səhifələr yüklənmirsə http://servicedesk.edu.az saytına daxil olub ərizənizi göndərin və ya texniki dəstəyin qaynar xəttinə zəng edin: +994 12 599 1155 (2008). Ola bilər ki, onların qurğularında nasazlıq yaranıb və DNS-serverlərə görə saytlar yüklənmir.
3-cü addım. Əgər problem ancaq bir kompüterdədirsə və ya internet birbaşa kompüterə qoşulubsa bir müddətlik antivirusu söndürə bilərsiniz.
4-cü addım. Çox nadir hallarda problem qəflətən yarana bilər. Ola bilsin, brauzerlərdə nasazlıq hər hansı bir dəyişiklikdən sonra yaranıb: ayarlarda dəyişiklik, virusların təmizlənməsi, proqramların, antivirusların yüklənməsi və s. Bunu yoxlamaq üçün sonuncu dəfə icra olunan əməlləri ləğv edin və ya yüklədiyiniz proqramları silin.
5-ci addım. İmkan varsa, digər qurğunu internetə qoşun, əgər həmin qurğuda səhifələr yüklənirsə demək problem ruter, modem və provayderlə əlaqəli deyil.
6-cı addım. Kompüterin xassələrində DNS-ı Google-ın DNS-nə(8.8.8.8 8.8.4.4) dəyişin. Problem bütün qurğularda aşkarlanıbsa, DNS-ı ruterin 6-cı addım. Kompüterin xassələrində DNS-ı Google-ın DNS-nə(8.8.8.8 8.8.4.4) dəyişin. Problem bütün qurğularda aşkarlanıbsa, DNS-ı ruterin ayarlarında və ya ayrıca mobil qurğularda təyin etmək olar.
7-ci addım. DNS keşini təmizləyin. Administratorun adından komanda sətrini açın, ipconfig /flushdns komandasını yerinə yetirin və kompüteri söndürüb yandırın.
8-ci addım. Proksi və ssenarilərin avtomatik tənzimlənməsini brauzerin ayarlarına daxil olaraq deaktiv edin.
9-cu addım. Bu addımlardan sonra nasazlıq aradan qaldırılmasa http://servicedesk.edu.az saytına daxil olub ərizənizi göndərin və ya texniki dəstəyin qaynar xəttinə zəng edin: +994 12 599 1155 (2008)
Brauzerin səhifəsi ləng yüklənir
  • 1-ci addım. Kompüteri, ruteri və modemi söndürüb yandırın
  • 2-ci addım. İnternetin surətini yoxlayın (speedtest.net saytına daxil olun)
  • 3-cü addım. Brauzeri dəyişin
  • 4-cü addım. Bu addımlardan sonra nasazlıq aradan qaldırılmasa http://servicedesk.edu.az saytına daxil olub ərizənizi göndərin və ya texniki dəstəyin qaynar xəttinə zəng edin: +994 12 599 1155 (2008)
LAN lampası yanmır
  • 1-ci addım. Naqildə, kabeldə, elektrik bağlayıcıda əlaqə zəifdir. Əlaqəni bərpa etmək üçün bağlayıcı naqilləri yeniləri ilə dəyişin;
  • 2-ci addım. Kompüterin şəbəkə adapterı (şəbəkə kartı) və ya aralıq qurğunun portu sıradan çıxıb;
  • 3-cü addım. Aralıq qurğu elektrik qida ilə təmin olunmur;
  • 4-cü addım. Modemin Ethernet portunda nasazlıq. Modemi yenisi ilə əvəz edin.
Bizimlə əlaqə
digitalskills@alg.team
support_digitalskills@alg.team