İnzibatçılar üçün qruplarla iş


Yeni qrupun yaradılması
  • Sinifdə 20 nəfərdən çox şagird varsa, sinifi 2 qrupa bölürük.
  • "Qruplar" panelinə daxil oluruq. Məsələn, 6с1(az)- 1-ci qrupun adı, 6с2(az) ikinci qrupun adı.
  • Qrupun dilini tədris dilinə(bölməyə) uyğun seçirik.
  • Daha sonra sinif üçün kurs seçirik. Əgər sinif layihədə ilk dəfədir ki iştirak edir, 1 indeksi olan kursu seçirik, əgər sinif daha əvvəl layihədə iştirak edibsə 2 indeksi olan kursu seçirik.
  • Qrupu yaratdıqdan sonra, siçan göstəricisini xanaların üzərinə gətirib istədiyimiz dəyişikliyi edə bilərik
  • Qrupu yaratdıqdan sonra şagirdləri əlavə edə bilərik. Əgər sizdə şagirdlərin hazır siyahısı varsa, onu EXCEL-ə köçürmək, CSV genişlənməsi ilə yadda saxlamaq və faylı pəncərəyə daxil etmək lazımdır. Siyahı yoxdursa adları klaviatura vasitəsi ilə də daxil etmək olar.
  • Bütün şagirdlər qruplar üzrə təyin olduqdan sonra printer işarəsi ilə olan pəncərəni klikləyib şagirdlərin istifadəçi adlarını və şifrələrini çap edə bilərik. Şagirdlərin istifadəçi adları və şifrələri avtomatik olaraq təyin olunur.
Qrupun silinməsi
"Qruplar" bölməsinə daxil oluruq və yuxarı sağ tərəfdə yerləşən səbətə klikləyərək qrupu silirik.
Müəllimin əvəz edilməsi
"Qruplar" bölməsinə daxil oluruq siçan göstəricisini müəllimin adının üzərinə gətiririk, "qələm"-i kliklədikdə bütün müəllimlərin siyahısını görürük və siyahıdan uyğun müəllimi seçirik.
Qrupun adınının dəyişdirilməsi
"Qruplar" bölməsinə daxil oluruq siçan göstəricisini qruplar üzərinə gətiririk və "qələm"-i klikləyərək lazımi adı təyin edirik.
Qrupun tədris dilinin dəyişdirilməsi
"Qruplar" bölməsinə daxil oluruq siçan göstəricisini "qrupun dili" üzərinə gətiririk və "qələm"-i klikləyərək lazımi dili təyin edirik.
Qrupun tədris kursunu təyin etmək üçün
"Qruplar" bölməsinə daxil oluruq siçan göstəricisini qrupun kursu üzərinə gətiririk və "qələm"-i klikləyərək lazımi qrupu təyin edirik.
Bizimlə əlaqə
digitalskills@alg.team
support_digitalskills@alg.team