LMS

Alqoritmikanın bütün istifadəçilərinə tədris prosesində iştirak etmək imkanı yaradan sistem
İnzibatçının digər əməkdaşlardan fərqi
İstənilən əməkdaşı sistemə daxil etmək üçün inzibatçıya 3 rol təyin olunur (müəllim, metodist, inzibatçı).
LMS-ə yeni əməkdaşın əlavə edilməsi
Sayta daxil oluruq və saytın sol panelində "Əməkdaşlar" bölməsini seçirik. Seçdikdən sonra əməkdaşın məlumatlarını daxil etmək üçün bir səhifə açılır. Əməkdaşa onun vəzifəsindən asılı olaraq uyğun rol(müəllim, metodist, inzibatçı) təyin etmək mütləqdir. Əgər əməkdaşın bir neçə rolu varsa(müəllim, metodist, inzibatçı) həmin rolları ona LMS-də dərhal, qeydiyyatdan keçirilən zaman təyin etmək lazımdır. Müəllim üçün sistemin dili onun tədris etdiyi bölmənin dilinə uyğun olaraq təyin olunur. İnzibatçı və metodistə isə, sistemin dili öz istəklərinə uyğun olaraq təyin edilir. İstifadəçi adını yaratmaq üçün adətən onun soyadının baş hərfi daha sonra altdan xətt _ və ad seçilir. Məsələn: k_leyla. İstifadəçi adı latın hərfləri ilə daxil edilir. Əgər baza daxil etdiyiniz istifadəçi adını qəbul etmirsə, demək ki həmin adlı istifadəçi artıq sistemdə mövcuddur. Bu halda siz istifadəçi adına rəqəm və ya digər istənilən simvol əlavə edə bilərsiniz. Məsələn: k_leyla11. Şifrəni adətən 111111 təyin edirik. İnzibatçının əməkdaşlar bölməsinə yeni əməkdaşlar əlavə etməsi üçün akkaunt yaratdıqda ona mütləq hər üç rolu(müəllim, metodist, inzibatçı) təyin etmək lazımdır.
Yeni qrupun əlavə edilməsi
Yeni qrup yaratmaq üçün "Qruplar" panelinə daxil oluruq. Sinifdə 20 nəfərdən çox şagird varsa, sinifi 2 qrupa bölürük. Qruplara ad veririk, məsələn, 6с1(az)- birinci qrupun adı, 6с2(az) ikinci qrupun adı (1 və 2 rəqəmləri sinifin iki qrupa bölündüyünü göstərir). Qrupun dilini tədris dilinə(bölməyə) uyğun seçirik. Daha sonra sinif üçün kurs seçirik. Layihədə sinifin iştirakı ilk dəfədirsə, o zaman indeksi 1 olan kursu seçirik, əgər sinif daha əvvəl layihədə iştirak edibsə, indeksi 2 olan kursu seçirik. Qrupu yaratdıqdan sonra, siçan göstəricisini xanaların üzərinə gətirib istədiyimiz dəyişikliyi edə bilərik. Qrupu yaratdıqdan sonra şagirdləri əlavə edə bilərik. Əgər sizdə şagirdlərin hazır siyahısı varsa, onu EXCEL-ə köçürmək, CSV genişlənməsi ilə yadda saxlamaq və faylı pəncərəyə daxil etmək lazımdır. Siyahı yoxdursa adları klaviatura vasitəsi ilə də daxil etmək olar. Bütün şagirdlər qruplar üzrə təyin olduqdan sonra printer işarəsi ilə olan pəncərəni klikləyib şagirdlərin istifadəçi adlarını və şifrələrini çap edə bilərik. Şagirdlərin istifadəçi adları və şifrələri avtomatik olaraq təyin olunur.
Şagirdin qrupdan xaric edilməsi
"Qruplar" bölməsinə daxil oluruq, lazımi qrupu seçirik, şagirdi tapırıq, siçan göstəricisini səbətin üzərinə gətiririk və klikləyirik. Əgər şagird səhvən xaric edildisə, xaric edilib bəndini seçirik və şagirdi asanlıqla bərpa edirik.
Şagirdin bir qrupdan digərinə keçirilməsi
"Qruplar" bölməsinə daxil oluruq, lazımi qrupu seçirik, şagirdi tapırıq, siçan göstəricisini səbətin üzərinə gətiririk və ox işarəsini klikləyərək şagirdi seçilən qrupa keçiririk.
Qrupun silinməsi
"Qruplar" bölməsinə daxil oluruq və yuxarı sağ tərəfdə yerləşən səbətə klikləyərək qrupu silirik.
Müəllimin əvəz edilməsi
"Qruplar" bölməsinə daxil oluruq siçan göstəricisini müəllimin adının üzərinə gətiririk, "qələm"-i kliklədikdə bütün müəllimlərin siyahısını görürük və siyahıdan uyğun müəllimi seçirik.
Qrupun adınının dəyişdirilməsi
"Qruplar" bölməsinə daxil oluruq siçan göstəricisini qruplar üzərinə gətiririk və "qələm"-i klikləyərək lazımi adı təyin edirik.
Qrupun tədris dilinin dəyişdirilməsi
"Qruplar" bölməsinə daxil oluruq siçan göstəricisini "qrupun dili" üzərinə gətiririk və "qələm"-i klikləyərək lazımi dili təyin edirik.
Qrupun tədris kursunu təyin etmək üçün
"Qruplar" bölməsinə daxil oluruq siçan göstəricisini qrupun kursu üzərinə gətiririk və "qələm"-i klikləyərək lazımi qrupu təyin edirik.
Şagirdlərin qruplara əlavə edilməsi
"Qruplar" bölməsinə daxil oluruq, şagirdlər bölməsinə daxil oluruq və yeni şagirdləri əlavə edirik.
Bizimlə əlaqə
digitalskills@alg.team
support_digitalskills@alg.team