Rabitə kanalları


Azərbaycan bölməsinin müəllimləri üçün
olan kanala daxil olmaq üçün link:
https://t.me/joinchat/AAA

Rus bölməsinin müəllimləri üçün
olan kanala daxil olmaq üçün link:
https://t.me/joinchat/AAE_F
Metodistlər üçün olan kanala qoşulma link:https://t.me/joinchat/AAFY
LMS-də dəstək xidmətinin mütəxəssisləri ilə əlaqə üçün təlimatlar
"Rəqəmsal bacarıqlar" layihəsinin dəstək xidmətinə LMS-dən müraciət etmək üçün aşağıdakıları yerinə yetirmək lazımdır:
  1. LMS platformasına daxil olmaq: http://lms.algoritmika.az;
  2. Şəxsi hesaba aid məlumatları (istifadəçi adı və şifrəsini) daxil etmək.
  3. Şəxsi hesaba daxil olduqdan sonra aşağı sol küncdə dəstək xidmətinin mütəxəssisləri ilə onlayn çat simgəsi görünəcək.
  4. Dəstək xidmətinin mütəxəssisləri ilə onlayn əlaqə üçün çat simgə klikləndikdən sonra açılacaq.
  5. Bu çatda Sizi maraqlandıran istənilən sualı verə bilərsiniz. Mütəxəssislər sizin sualınız 15 dəqiqə ərzində cavablandıracaqlar. Lazım gəldikdə, ismarıca problemin mövcudluğunu təsdiq edən sənədi (ekranın skrinşotu, şəkil və ya fayl) əlavə edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, dəstək şöbəsinin iş qrafiki həftənin bazar ertəsindən cümə gününə kimi saat 09:00-dan 18:00-dək davam edəcək. Əgər müraciət qeyri-iş vaxtında göndərilərsə, mütəxəssislər ən yaxın iş günündə onu cavablandıracaqlar.
Dəstək şöbəsinin qiymətləndirilməsinə dair təlimat
Dəstək şöbəsinə edilən müraciətlərin qiymətləndirilməsi ilə bağlı təlimat yazılı və aşağıda video şəklində izləyə bilərsiniz. Müraciətiniz yekunlaşdıqda və ya günün sonunda həmin müraciət bağlanır. Bu zaman görülən yazı gəlir.
1. Əgər müraciətinizə cavab verilib, həll olunubsa onda "Bəli" düyməsini seçməlisiniz. Bu zaman "Bu qarşılıqlı əlaqəni qiymətləndirirsiniz" yazısını görəcəksiniz. Sizdən qiymət verməyiniz xahiş olunur.
2. Müraciətinizə verilən cavab sizi qane etməyibsə, onda Siz "Xeyr" düyməsini seçirsiniz. Hansı hissə sizə aydın deyilsə bu hissədə onu yaza bilərsiniz. Siz "Xeyr" düyməsini seçdiyiniz zaman sizə narazı qaldığınız məqamları qeyd etməyiniz üçün sorğu göndəriləcək.
3. Əgər əvvəl etdiyiniz müraciət həll olunma mərhələsindədirsə və siz yeni, başqa mövzu ilə bağlı müraciət edirsinizsə, onda "Bəli" düyməsini seçirsiniz. Qiymətləndirmə etmək istəmirsinizsə, onda "Skip" yazısının üzərinə klikləyib yeni müraciətinizi yaza bilərsiniz.
support_digitalskills@alg.team vasitəsilə dəstək xidmətinin mütəxəssisləri ilə əlaqə üçün təlimatlar
"Rəqəmsal bacarıqlar" layihəsinin dəstək xidmətinə e-mail vasitəsilə müraciət etmək üçün aşağıdakıları yerinə yetirmək lazımdır:
  1. Şəxsi ekektron poçt hesabına daxil olmaq;
  2. Məktubu yazmağa başlamaq: a) kimə: support_digitalskills@alg.team;
b) məktubun mövzu hissəsində mütləq qaydada şəhər və məktəbin nömrəsi qeyd edilməlidir.
3. Sonra isə sualın məzmununu təsvir etmək;
4. Məktubun içində isə problemi və ya sualı ətraflı şəkildə qeyd etmək.
5. Dəstək xidmətinin mütəxəssisləri 15 dəqiqə ərzində sizin elektron məktubunuzu cavablandıracaqlar.
Nəzərinizə çatdırırıq ki, dəstək şöbəsinin iş qrafiki həftənin bazar ertəsindən cümə gününə kimi saat 09:00-dan 18:00-dək davam edəcək. Əgər müraciət qeyri-iş vaxtında göndərilərsə, mütəxəssislər ən yaxın iş günündə onu cavablandıracaqlar.
Bizimlə əlaqə
digitalskills@alg.team
support_digitalskills@alg.team