Kursun məzmunu

Hər bir kurs 6 moduldan ibarətdir və dərslər bu modulların daxilindədir. Hər bir kursda 10-15 dərs ola bilər. Kurslar siniflər üzrə bölünür. Hal hazırda layihə çərçivəsində 2-9 siniflərində tədris aparılır. Eyni zamanda 3-4(tədrisin 1-ci ili), 5-6 (tədrisin 2-ci ili), 7 və 8 siniflər.
Jurnalın doldurulması
Digər dərslərdə olduğu kimi, jurnal dərs cədvəlinə əsasən doldurulur. Əgər sizin bir gündə iki dərsiniz varsa, siz hər iki dərsi jurnalda eyni tarixidə qeyd etməlisiniz. Əgər şagird dərsə gəlməyibsə jurnalda onun adı qarşısında "q" - yəni qayıb qeyd edin. Jurnalda şagirdlərin gündəlik qiymətləndirilməsi aparılmır. KSQ(BSQ) qiymətləri jurnalda qeyd edilir.
Modulun quruluşu
Alqoritmika proqramı üzrə dərslər ibtidai siniflər (2-4-cü siniflər) üçün həftədə 1 saat, yuxarı siniflərdə isə həftədə iki dəfə fərqli günlərdə və ya bir gündə iki dərs ardıcıl keçirilir. Hər modulun sonunda KSQ keçirilir. Əgər siz hər hansı bir səbəbdən müəyyən dərsi keçə bilmədinizsə həmin dərsi növbəti dərsdə keçə bilərsiniz.
Dərsin quruluşu
Hər dərs 45 dəqiqə davam edir və hər dərsin mövzusu, məqsədi və nəticəsi olur. Dərsin quruluşu haqqında ətraflı məlumatı dərsin metodik vəsaitində tapmaq olar. Müəllim dərsi ya təkrarlama ilə ya da yeni modul ilə tanışlıqla başlayır(5 dəqiqə), daha sonra ardıcıllıqla dərsin nəzəri hissəsi (10-20 dəqiqə), şagirdlərin kompüterdə işləməsi(10-20 dəqiqə) reallaşdırılır və ən sonda mütləq hissə olan refleksiya (5 dəq) vasitəsilə dərs yekunlaşdırılır. Dərsin uğurlu olması onun keyfiyyətli quruluşundan asılıdır. Dərsin metodik göstərişlərə uyğun keçirilməsi çox önəmlidir.
Layihə dərsləri
Layihə dərsi - əsas fəaliyyət növü layihə fəaliyyəti olan dərsdir. Hər modulda 1-dən 3-ə qədər layihə dərsi vardır
Layihə dərslərinin məqsədləri:
  • yaradıcılıq qabiliyyətlərinin və tədqiqat bacarıqlarının inkişafı
  • layihə tapşırığının məqsədlərinə müvafiq olaraq öz fəaliyyətini planlaşdırmaq bacarığı
  • yeni situasiyada, o cümlədən həyata yaxın şəraitdə bilik və bacarıqları tətbiq etmək
  • kommunikasiya və ictimaiyyət qarşısında çıxış bacarıqları
  • qruplarda iş (qrup layihələri üçün)
  • refleksiya
  • öz-özünü qiymətləndirmə və qarşılıqlı qiymətləndirmə bacarıqlarının formalaşdırılması
Əlavə dərslər
Əlavə dərslər hər modulda var. Bu - https://knowledge.algoritmika.az/lesson_program/az - linkə daxil olaraq daha ətraflı məlumat tapa bilərsiniz.
Təkrar dərslər
Müəllim sinifin 70 faizinin dərsi mənimsəmədiyində əmin olduqda həmin dərsi təkrar keçə bilər.
Dərs vaxtı işıqlar və ya internet olmadığı halda, dərsi növbəti dəfə təkrar keçmək olar.
LMS-də "Təkrar dərs" düyməsi yoxdur. Əgər müəllim dərsi təkrar keçmək istəyirsə o bunu adi qaydada edir. Təkrar dərsin mövzusunu jurnalda yeni dərs kimi qeyd etmək lazımdır. Unutmayın ki, bu imkan həddindən artıq çox istifadə edilsə şagirdlər dərs ili ərzində kursu tam yekunlaşdıra bilməyəcəklər. Yuxarıda qeyd olunan səbəblər və ya digər üzürlü səbəblər olmadıqda dərslər vaxtında keçirilməlidir.
KSQ
Hər modulun sonunda KSQ var – test suallarından və ya layihə işindən ibarət yoxlama dərs. KSQ ancaq platformada yerinə yetirilir. KSQ 45 dəqiqə davam edir. Dərsin 10 dəqiqəsi təşkilatı məsələlərə, 35 dəqiqəsi isə tapşırıqların həllinə ayrılır. Şagird KSQ tapşırıqlarını istənilən ardıcıllıqla yerinə yetirə bilər, o bir səviyyəyə baxıb suala cavab vermədən digərinə keçə bilər. Hər tapşırığın öz xalı var. Cavabın doğruluğu avtomatik olaraq yoxlanılır. Qiymətləndirməni müəllim özü LMS vasitəsilə aparır.
  • 31-60% - üç (1-ci və 2-ci səviyyənin bütün tapşırıqlarını yerinə yetirməlidir)
  • 61-80 % - dörd (1-ci, 2-ci, 3-cü səviyyənin bütün tapşırıqlarını yerinə yetirməlidir)
  • 81 % və yuxarı - beş (şagirdin iki ən çətin tapşırığı yerinə yetirməsi zəruridir)
BSQ
Dövlət proqramına əsasən BSQ 4-cü sinifdən başlayaraq keçirilir. Digər siniflərdə BSQ olmur. BSQ ildə iki dəfə keçirilir: birinci yarımilin və ilin sonunda. BSQ-yə yarımilin bütün mövzuları daxilidir. BSQ-nin şərtləri və tələbləri KSQ ilə eynidir.