Şagirdlərlə iş

Şagirdlərlə işə olan münasibətimizi əks etdirmək üçün biz Alqoritmika komandası olaraq bir neçə əsas prinsip təyin etmişik.
Bu dəyərlər və onların layihəmizdə iştirak edən bütün şagirdlərə ötürülməsi bizim üçün çox önəmlidir. Bu dəyərlərlə tanış olmaq və öz dərslərinizi həmin dəyərlərə uyğun təşkil etmək üçün aşağıdakı məlumatlarla tanış olmağınızı xahiş edirik.
Tədris vasitələri: elektron dərslik
  • 5-9-cu siniflər üçün dərsin təqdimatının qısa halda əks edilmiş və özündə qaydaları, tərifləri, tapşırıqların həlli nümunələrini birləşdirən elektron dərs vəsaiti şagirdin mars platformasındatapşırığın 1-ci səviyyəsində yerləşdirilir. Müəllimlər şagirdləri dərsdə tapşırıqları yerinə yetirən zaman dərslikdən istifadə etməyə həvəsləndirməlidirlər. Müəllimlər şagirdlərə dərs zamanı dərslikdən necə istifadə etməyi nümayiş edirməlidirlər. KSQ zamanı dərslikdən istifadə etməyə İCAZƏ VERİLMİR.
  • 2-4 cü siniflər üçün iş dəftərləri vardır. Bu iş dəftərləri həmin elektron qaydada müəllimin platformasında yerləşdirilir həm də çap olunaraq şagirdlərə paylanılır. İş dəftəri özündə dərs materialına uyğun tapşırıqları birləşdirir.
Ev tapşırığı olmalıdır?
Alqoritmikanın məqsədi və missiyası - mümkün qədər çox şagird üçün əlçatan təhsil təşkil etmək və tədris prosesi zamanı bərabər imkanlı mühit yaratmaq. Hər bir şagirdin kompüteri olmadığı səbəbindən ev tapşırıqları verilmir. Ehtiyac yaranarsa kompütersiz yerinə yetirilə bilən tapşırıqlardan ibarət olan ev tapşırığını vermək olar(dərslikdə/iş dəftərində). Şagirdin kompüteri varsa, o, dərsdə kompüterlə iş zamanı tapşırığı yekunlaşdıra bilmədiyi halda tapşırığı evdə tamamlaya bilər.
Dərsi nəzəri və praktiki hissələrə bölmək lazımdır?
Hər dərsin nəzəri və praktiki hissəsi olur. İlk olaraq müəllim dərsin mövzusunu izah edir. Ehtiyac olarsa tapşırıqların düzgün həll edilməsi üçün misallar nümayiş etdirə bilər. Daha sonra şagirdlər mənimsədikləri biliklərdən istifadə edərək tapşırıqları həll edir, bilik dairələrini genişləndirir və bacarıqlarını inkişaf etdirirlər.
Mövzunu izah etmək üçün vaxt kifayət etmədi
Növbəti dərsin 10-15 dəqiqəsini ötən dərsin mövzusunun izahına həsr edə bilərsiniz və ya həmin dərsə aid əlavə tapşırıqlardan istifadə edə bilərsiniz.
Dərsin mövzusu şagirdlər üçün çətin idi və onlar materialı mənimsəyə bilmədilər. Nə etmək olar?
Müəllim bu dərsi təkrar keçə bilər
Şagirdin evdə kompüteri yoxdur
Şagird bütün layihə işlərini məktəbdə yerinə yetirdiyi üçün evdə kompüterdə işləməyə ehtiyac yoxdur.
Şagirdin kompüterlə işlə əlaqəli əks göstərişləri var
Şagird nəzəri hissəni dinləyir ancaq kompüterdə işləmir. Müəllim şagirdə platformadakı testləri vərəqdə verə bilər və onun üçün kompütersiz yerinə yetirilə bilən müxtəlif tapşırıqlar tərtib edə bilər.
Şagird bir neçə dərsdə iştirak etməyib
İmkan olduqda şagirdə iştirak etmədiyi dərslərin mövzusunu qısaca izah etmək üçün ondan dərsdən sonra qalmasını xahiş edə bilərsiniz. Belə bir imkan yoxdursa, dərs zamanı ona yeni mövzunu izah etmək üçün əlavə vaxt ayırmaq lazımdır və ya dərs zamanı aktiv şagirdlərdən ona kömək etmələrini xahiş etmək olar.
Şagird tədris ili yekunlaşmamış bir məktəbdən(alqoritmika dərsləri keçirilməyən məktəb) digərinə keçirsə nə etmək lazımdır?
Dərsdən sonra şagirdlə qısa görüş keçirin və platformada necə işləmək lazım olduğunu izah edin. Dərs zamanı daha əvvəlki mövzulara aid məlumat vermək və ya təcrübəli şagirdlərlə işləməsi üçün şərait yaratmaq olar.
Şagirdin mars-da profili olmadığı halda nə etmək lazımdır?
Məkətbin inzibatçısına müraciət edin. İnzibatçı şagirdi lazımi sinifə əlavə etdikdən sonra siz login və parolu şagirdə verə biləcəksiniz.
Şagird KSQ-də iştirak etməyib
Şagirddən dərsdən sonra sinifdə qalıb KSQ-ni yerinə yetirməyi xahiş edin. KSQ-nin nəticələri onun bu fənn üzrə qiymətini təyin edir.
Şagird bir çox dərsdə iştirak etməyib və KSQ-yə gəlib. Nə etmək lazımdır?
Tapşırıqları yerinə yetirməzdən öncə modulun hər bir mövzusunu qısaca xülasə edin. Təkrar zamanı və tapşırıqları yerinə yetirdikdə həmin şagirdə daha çox diqqət yetirin.
KSQ zamanı şagirdlərə tapşırıqları yerinə yetirmək üçün ayrılmış vaxt kifayət etmədi. Nə etmək lazımdır?
Əgər şagirdlərin bir çoxuna tapşırıqları yerinə yetirmək üçün vaxt kifayət etmədisə, həmin tapşırıqları növbəti dərsdə yekunlaşdıra bilərsiniz. Bunun üçün 10 dəqiqə ayırmaq kifayətdir.