Platforma

Alqoritmika platforması – tədrisin nüvəsi və tədris prosesində müəllimin əsas köməkçisidir. O tədrisi "oyunlaşdırmağa" və qrupda fərqli səviyyələrdə olan şagirdlər üçün fərdi tədris yollarını təqdim edir. Şagirdlər hər dərs platformada işləyirlər - tapşırıqlar həll edirlər, testləri yerinə yetirirlər və dərsi nə dərəcədə bəyəndikləri ilə bağlı qiymətləndirmə aparırlar :)
Platformaya giriş
Platformaya daxil olmaq üçün siz və şagirdləriniz https://mars.algoritmika.az saytına daxil olub istifadəçi adını və şifrəni daxil edirsiniz. Dərsdən əvvəl "Qruplar" bölməsinə daxil olub şagirdlərin istifadəçi adlarını və şifrələrini çap etməyi unutmayın.
Şagird istifadəçi adını/şifrəni unudub
Əgər şagird öz istifadəçi adını və şifrəsini unudarsa, LMS-də öz qrupunuza daxil olub, şagiridin adının və soyadının qarşısında lazım olan məlumatları tapa bilərsiniz. Şagirdlərə bu məlumatları dəftərdə və ya gündəlikdə qeyd etməyi tövsiyə edə bilərsiniz.
Platformanın işlək olması üçün uyğun brauzer
Platformanın düzgün işləməsi üçün ancaq Google Chrome brauzerindən istifadə edin. O, platformanın stabil işləməsini təmin edir və interfeysdəki bütün tapşırıqları keyfiyyətli əks etdirir.
Platforma ilə bağlı problemlər
"Rəqəmsal bacarıqlar" layihəsinin istifadəçilərinin və platformanın hər zaman hazır və işlək olması üçün bizim dəstək xidmətimiz mövcuddur. Platformada hər hansı bir nasazlıq yarandıqda kömək üçün bizim mütəxəssislərə müraciət edə bilərsiniz.

Ərizənizi iki servis vasitəsilə göndərə bilərsiniz:


LMS http://lms.algoritmika.az
E-mail support_digitalskills@alg.team
Şagirdlərin layihələri silinir
Silinmiş layihələri laboratoriyada səbətdə tapa bilərsiniz.
Scratch açılmır
Google Chrome brauzerindən daxil olduğunuzda əmin olun. Səhifəni yeniləyin. Scratch yenə açılmasa LMS-ə və ya support_digitalskills@alg.team elektron ünvanına yazın.
Platforma açılmır
Google Chrome brauzerindən daxil olduğunuzda əmin olun. Səhifəni yeniləyin. Bu addımlardan sonra dəyişiklik olmasa LMS-ə və ya support_digitalskills@alg.team elektron ünvanına yazın.
Platformada nasazlıq var
Google Chrome brauzerindən daxil olduğunuzda əmin olun. Səhifəni yeniləyin. Bu addımlardan sonra dəyişiklik olmasa LMS-ə və ya support_digitalskills@alg.team elektron ünvanına yazın.
Fayl anbara yüklənmir
Google Chrome brauzerindən daxil olduğunuzda əmin olun. Yükləmək istədiyiniz faylın anbarın dəstəklədiyi fayl olub olmadığını yoxlayın. Səhifəni yeniləyin. Bu addımlardan sonra dəyişiklik olmasa LMS-ə və ya support_digitalskills@alg.team elektron ünvanına yazın.
Platformadakı tapşırıq təqdimatda olan tapşırığa uyğun deyil
Dərsdə platformada açılan tapşırıqları yerinə yetirin. Bu səhv haqqında dərsdən sonra LMS-ə və ya support_digitalskills@alg.team elektron ünvanına yazın.
Platformadakı tapşırıqda səhv var
Dərsdə səhvsiz tapşırıqları yerinə yetirin. Bu səhv haqqında dərsdən sonra LMS-ə və ya support_digitalskills@alg.team elektron ünvanına yazın.