LMS

Müəllimlərə və metodistlərə kömək məqsədi ilə Alqoritmika komandası LMS sistemini yaratmışdır. LMS – tədris prosesinin idarəedilməsi və inzibatçılığı üçün yaradılmış sistemdir. LMS real vaxt rejimində hər bir şagirdin və qrupun uğuruna nəzarət etməyə kömək edir və dərsə hazırlıq üçün məlumat bazasının anbarı rolunu oynayır. Məktəbin hər bir əməkdaşının LMS sistemində akkauntu var. LMS-ə daxil olmaq üçün https://lms.algoritmika.az saytına keçib öz istifadəçi adınızı və şifrənizi daxil etməlisiniz. İstifadəçi adınızı və şifrənizi öz inzibatçınızdan öyrənə bilərsiniz.
LMS-ə giriş
LMS-ə daxil olmaq üçün istifadəçi adını və şifrəni almağın iki yolu var – layihənin təlimi zamanı və ya sizin məktəbə təyin olunmuş inzibatçıdan. Sistemə daxil olmaq üçün ünvan sətrinə https://lms.algoritmika.az daxil edin. Qarşınızda açılan səhifədə uyğun sahəyə istifadəçi adınızı daxil edin. Daha sonra şifrəni daxil etmək lazımdır. Şifrəni düzgün daxil etsəniz tədris edəcəyiniz qrupların siyahısı olan səhifəyə keçəcəksiniz.
Şifrəni unutmuşam
Şifrəni unutduqda "Şifrəni unutmuşam" düyməsini klikləyin. Profilinizə mobil nömrənizi və ya elektron ünvanı əlavə etmişdizsə, biz sizə sms-lə və ya məktubla şifrəni bərpa etməklə bağlı təlimatlar göndərəcəyik. Əgər sizin məlumatlar sistemdə yoxdursa məktəbinizin inzibatçısına müraciət edin. "Şifrəni unutmuşam" düyməsini kliklədikdən sonra siz inzibatçıların əlaqə nömrələri ilə fayl görəcəksiniz. Həmin faylı açın, öz məktəbinizi, məktəbin inzibatçısının adını, soyadını tapın və əlaqə saxlayaraq şifrənizi bərpa edin.
Qrup səhifəsi
Sistemdə əsas tədris qrupunun səhifəsidir. Orada siz şagirdlərin uğurlarına nəzarət edə, metodik materiallar olan səhifəyə keçid edə, şagirdlərin istifadəçi adlarını və şifrələrini əldə edə bilərsiniz.

Tədris qrupunun səhifəsi 4 əsas elementdən ibarətdir: 1) qrupun başlığı: əsas məlumatlar: ad, sinif, növbəti dərsin adı və tədris edəcək müəllimin adı(sizin adınız)
2) "Şagirdlər" bölməsi: şagirdlərin istifadəçi adları və şifrələri

3) "Dərslər" bölməsi: qrupun tematik planı əks olunur və modulun dərslərinin açıq/bağlı olması haqqında məlumat yerləşir. Açıq/bağlı statusu şagirdlər üçün dərsin məzmununun görünüb/görünmədiyinin göstəricisidir. Birinci modulun bütün dərsləri avtomatik olaraq açılır.

4) hər bir dərsə klikləyərək daxil olmaq mümkündür: dərsin adının üzərində kliklədikdə siz dərsin metodik materiallarına və tapşırıqlarına keçid edə bilərsiniz.
KSQ-nin avtomatik yoxlanılması
LMS platformasında olan nəaliyyətlər bölməsində şagirdlərin işlədikləri KSQ tapşırıqlarının avtomatik yoxlanılması əsasında qiymət cədvəli əks olunur
"Scratch" tarpşıqlarının avtomatik yoxlanılması
4, 5-6(1) və 5-6(2) kurslarının 2-ci modulunda, 6_3(tədrisin 3-cü ili) kursunun birinci modulunda "Scratch" proqramı qarşıya çıxır. Şagirdlərin "scratch" proqramında yaratdığı layihələr avtomatik olaraq yoxlanaraq müəlimlərin platformasında əksini tapacaq
Tapşırıqdakı problemin qeyd edilməsi
Dərs prosesi zamanı şagird platforma tapşırığında olan səhvdən dolayı səviyyəni keçə bilmirsə, müəllim tapşırıqda səhv olduğuna əmin olduğu halda bunu LMS-də işarələyə bilər. Metodistlər tez bir zamanda bu səhvi aradan aradan qaldıracaqlar. Bununla bağlı edəcəyiniz addımlar aşağıdakı kimidir:
1.Qrupa daxil olursunuz
2.Dərslər bölməsindən müvafiq dərsi açırsız
3.Səhv olduğunu hesab etdiyiniz tapşırığın kənarında yerləşən "!" işarəsinə kilikləyərək tapşırığın doğru həllini və ya cavabını qeyd edirsiniz. Bundan sonra növbəti səviyyə şagirdlər üçün "açıq" olacaqdır və tam əks etdiriləcəkdir.
Video təlimat
Tapşırıqda olan problemin qeyd edilməsi ilə bağlı video təlimat