Dərslərə hazırlıq

Dərslərə effektiv hazırlaşmaq üçün sizə bir neçə köməkçi alət hazırlamışıq. LMS-də "Dərslər" bölməsində siz, dərsin metodik vəsaitini, təqdimatını və video-təlimatını tapa bilərsiniz. Kursun müəllifindən tövsiyələr almaq üçün dərsə hazırlığı video-təlimatdan başlamağı məsləhət görürük. Təqdimat dərs zamanı şagirdlərə nümayiş etdirilir, bu səbəbdən hər bir slayd diqqətlə nəzərdən keçirilməlidir. Metodik vəsait – dərsin gedişatının yazılı təsviridir. Metodik vəsaiti hər dərs çap edib dərsə gətirməyi tövsiyə edirik. Hər bir dərsə aid tapşırıqlar da mövcuddur, bu tapşırıqları ilk olaraq müəllim özü həll etməlidir ki, dərs zamanı hər bir tapşırığın həll yolunu bilsin.
Dərsin keçirilməsinə aid video-təlimat
Dərsin keçirilməsinə aid video-təlimat – kursun müəllifindən dərslə bağlı tövsiyələrdən ibarətdir. Dərsə hazırlığı video-təlimatdan başlamağı məsləhət görürük, çünki dərsə aid əsas məlumatları təlimatdan ala bilərsiniz.
Dərsin metodik vəsaiti
Metodik vəsait – dərsin gedişatının yazılı təsviridir. Metodik vəsaiti hər dərs çap edib dərsə gətirməyi tövsiyə edirik. Hər bir metodik vəsaitdə dərsin məqsədləri, tapşırıqlar və dərsin planı əks olunub. Dərsin planında hər bir mərhələnin məzmunu ətraflı izah olunub və hər mərhələ üçün tövsiyə oluтan vaxt aralıqları qeyd olunub. Daha sonra kursun müəllifi hər mərhələ üçün tövsiyələri və praktiki göstərişləri ilə bölüşür. Metodik vəsaitə uyğun tədris etdikdə, siz makismal olaraq effektiv dərs keçirmiş olacaqsınız.
Google Chrome-dan istifadənin zəruriliyi
Google Chrome brauzeri
  • İnformatika dərslərində Google Chrome brauzerindən istifadə edirik. "Alqoritmika" platformasının işi Google Chrome-un son versiyaları üçün test edilib. Platformanın digər brauzerlərlə işinin sabitliyinə təminat verə bilmərik.
  • Digər brauzerlər platformanın elementlərini əks etdirməyə bilər və ya yanlış əks etdirər. Bu öz növbəsində dərslərin keçirilməsini çətinləşdirəcək və keyfiyyətə təsir edəcək. Bu səbəbdən onlardan istifadə etmək olmaz.
  • Bu həm şagird interfeysinə (mars.algoritmika.az), həm də müəllimlər üçün nəzərdə tutulmuş sayta (https://lms.algoritmika.az) aiddir.
Əgər siz digər brauzerlərdən istifadə edirsinizsə (Internet Explorer, Mozilla Firefox, Opera, MS Edge), dərs keçən zaman Google Chrome brauzerinə keçməyi təkidlə xahiş edirik.
Scratch haqqında məlumat
  1. Scratch nədir?
    Scratch — uşaq və yeniyetmələr üçün tərtib edilmiş proqramlaşdırma mühitidir. Scratch-də proqramlar bloklardan ibarətdir. Onların adları müxtəlif dillərdə verilib. Cizgi filmi və ya oyunları proqramlaşdırmaq üçün əmrlər palitrasındakı blokları iş sahəsinə gətirmək lazımdır. Yəni proqramdakı əmrlər klaviaturadan əl ilə daxil edilmir, pazl və ya konstruktor kimi ayrı-ayrı hissələrdən yığılır. İlk baxışdan sadə görünsə də, Scratch proqramlaşdırma mühitinin sayəsində animasiyalaşdırılmış açıqcalar, cizgi filmləri, kompüter oyunları, tapmacalar, təqdimatlar, kvestlər və s. yaratmaq mümkündür.
  2. Əsas komponentlər Burada əsas obyektlər spraytlardır.
    Sprayt qrafik təqdimatdan (kadrlar toplusu — libaslar) və ssenaridən — skriptdən) ibarətdir. Skript əmrlər blokundan yığılır, onlar əmrlər palitrasından skript sahəsinə gətirilir. Spraytların libaslarını redaktə etmək üçün scratch-ə qrafik redaktor quraşdırılıb. Orada həm mövcud spraytları redaktə edə bilərik, həm də öz istədiklərimizi çəkə bilərik. Scratch proqramında hadisələr 480×360 şərti piksel ölçülü səhnədə cərəyan edir. Koordinat sistemi səhnənin mərkəzində yerləşir.
  3. Proqramın faydası
    Scratch-də əmrlərin əzbərlənməsi və hər bir simvolun ayrı-ayrılıqda yoxlanılması tələb olunmur. Ümumiyyətlə, bu mühit kompüterlə çox da yaxşı tanış olmayan şagirdlərə də proqramlaşdırma ilə məşğul olmağa imkan verir. Scratch diqqəti əmrlərin əzbərlənməsinə deyil, alqoritmlərin tərtibatına cəmləməyə imkan verir. Vizuallıq alqoritmlərin müxtəlif hissələrinin işinin anlaşılmasını sadələşdirir, blokların rənglərinin müxtəlifliyi, məsələn, spraytların idarə edilməsi əmrləri, dəyişənlərlə iş əmrləri və məntiqi operatorlardan istifadə daha tez öyrənməyə kömək edir. Bunların hamısı platformanı "böyüklər üçün" proqramlaşdırma dillərinə hazırlayır, məsələn, Alqoritmika şagirdləri 7-ci sinifdən Python proqramlaşdırma dilində proqramlaşdırmağa başlayırlar.
  4. Uşaqların hansı bacarıqları inkişaf edir?
    Şagirdə proqramlaşdırma dilini öyrənmək və əmrləri hərfbəhərf klaviaturadan daxil etmək lazım gəlmir. Bu, fikri bilavasitə alqoritmləşmənin — yəni proqramların müəyyən əmrlərdən qurulmasında cəmləşdirməyə imkan verir. Əmrlərin vizuallığı əsas alqoritmik strukturlarla, dəyişənlərlə, məntiqi ifadələrlə daha sadə şəkildə tanış olmağa kömək edir. Scratch-də proqramlaşdırma məntiqi və hərtərəfli düşüncəni, həndəsi quruluş bacarıqlarını inkişaf etdirir və bəzi riyazi anlayışlarla tanış edir. Scratch mühitində özünüzəməxsus unikal proqramların tərtib edilməsi ilə əlaqəli layihə dərsləri kreativlik və işi müstəqil şəkildə təşkiletmə bacarığını inkişaf etdirir.
  5. Tədris səviyyəsi
    5-6-cı sinif şagirdləri Scratch proqramını mənimsədikdən sonra sadə kompüter oyunları ("tennis", platformer) və animasiyalı açıqcalar tərtib edə bilirlər. Tədris zamanı onlar mühitin bütün imkanları ilə tanış olurlar: hərəkətin idarəedilməsi, spraytların görünüşü, səslə iş, idarəetmə əmrləri, məntiqi əməliyyatlar, dəyişənlər və proqrama verilənlərin daxil edilməsi və proqramdan çap edilməsi.
  6. Gələcəkdə hansı töfhələr verəcək?
    Proqramlaşdırma dərsləri kompüterlərin quruluşunu və işləməsini daha yaxşı anlamağa kömək edir. İxtisas seçimində istiqamətləndirici rol oynayır. Hesablama texnikası ilə düzgün ünsiyyət qurma bacarığı - kompüter savadlılığı - müasir insandan ən çox tələb edilən bacarıqlardan biridir. Gələcək peşədən və fəaliyyət növündən asılı olmayaraq, Scratch mühitində iş zamanı inkişaf etdirilən məntiqi və sistemli düşüncə lazımi və önəmli bacarıq hesab edilir.
PYTHON dilində proqramlaşdırma
  1. Python nədir?
    Python - hal-hazırda mövcud olan ən məşhur və öyrənilməsi sadə olan proqramlaşdırma dilidir. Bu dilin sintaksisi maksimal olaraq insan dilinə yaxındır. Python artıq 30 ildir ki, yaradılıb. Lakin son on ildə daha çox tanındı. Digər dillərlə müqayisədə əsas üstünlüyü - dilin açıq və rəsmi verilənlər bazası, həmçinin bir yerdə toplanılmış və inanılmaz dərəcədə çox sayda ödənişsiz kitabxanaların çoxluğudur. Bu kitabxanalardan bütün dünyadakı proqramçılar istifadə edirlər və paylaşırlar. Bu dildə oyunlar, saytlar, servislər, redaktorlar və neyron şəbəkələr yazılır. Python dili gələcək üçün bir çox qapıları açır.
  2. Alqoritmika platformasında Python
    "Alqoritmika" platformasının bir hissəsi olan Sculpt proqramlaşdırma mühitində Python dilini öyrənməyə başlayırıq. Proqramlaşdırma mühiti - xüsusi proqram vəsaitidir. Burada təkcə kod yazmağı deyil, həmçinin kodu icra etmək və proqramın nəticəsini kompüterin ekranında görmək olar. Sculpt - proqramların yazılması və tənzimlənməsi mexanizmləri ilə şagirdləri tanış etmək üçün sadələşdirilmiş proqramlaşdırma mühitidir. Dərslərdə şagirdlər Python dilinin əsaslarını öyrənəcəklər: müxtəlif verilən növləri ilə iş, riyazi hesablamalar ilə proqramların yazılması, mətn kvestləri və s. Daha sonra biz peşəkar tərtibat mühiti olan - VS Code öyrənəcəyik. Şagirdlər mürəkkəbləşdirilmiş riyazi, mətn və qrafiki tapşırıqların yerinə yetirilməsi üçün kitabxanaların yığılmasını, proqram vəsaitləri ilə qrafik və diaqramların tərtib edilməsini öyrənəcəklər. Bundan başqa, şagirdlər öz modul və kitabxanalarını yığa biləcəklər. Tədrisin səviyyəsi və töhfələri. Məktəb kursunun məqsədi İnformatika fənni çərçivəsində Python proqramlaşdırma kursu üzrə peşəkar inkişaf üçün möhkəm təməlini yaratmaqdır. Bizim kurs kiçik layihələrin tərtibatı - oyunların, saytların və xidməti proqramların yaradılması üçün kifayət edir. Proqramçı olmaq istəməyən şagirdlər üçün kurs proqramların qurulmasının məntiqi və işi haqqında daha aydın, tam təsəvvür yaradır. Bu da öz növbəsində gələcəkdə kompüterlə işi sadələşdirəcək.
  3. Şagirdlər hansı bacarıqlara yiyələnirlər?
  • Python dilində proqramların yazılması və tənzimlənməsi;
  • Sculpt və VS Code proqramlaşdırma mühitləri ilə iş;
  • qrupla layihə üzərində işləmək;
  • verilmiş tapşırıqları analiz etmək və vizuallaşdırmaq;
  • tapşırıqları alt-tapşırıqlara bölmək və onların həllini planlaşdırmaq;
  • problemi həll etmək üçün digər sahələrdə bacarıqlarını tətbiq etmək;
  • tənqidi düşüncə;
  • düşüncə çevikliyi ilə qarşıya qoluan məqsədə inamla çatmaq.
Şagirdlərə öyrətdiyimiz ofis proqramları
Hansı ofis proqramlarını şagirdlərə öyrədirik?
"Alqoritmika"nın tərtib etdiyi məktəb dərslərində şagirdlər Microsoft Office Word və PowerPoint proqramlarını öyrənirlər. Eləcə də həmin proqramların "bulud" analoqları olan Google Sənədlər və Google Təqdimatlarla tanış olurlar. Tədris səviyyəsi
MS Word proqramında işləyərək şagirdlər mətni formatlamağı, klaviatura kombinasiyaları, cədvəllər, sxemlər, siyahılar və həmçinin çoxsəviyyəli siyahılarla işi öyrənirlər. Yeddinci sinifdə MS Word üzrə keçilən dərslər mətnin tərtibatı üzrə layihə dərsinin yerinə yetirilməsi ilə başa çatır. İbtidai siniflərdə diqqət daha çox multimediya təqdimatlarının tərtibatı mühitlərinə ayırılır. Hər proqram üzrə şagirdlərə hansı bilikləri veririk?
MS PowerPoint-in öyrənilməsi başa çatdıqdan sonra ibtidai sinif şagirdləri təqdimat yaradırlar. Slaydlardakı məlumatları strukturlaşdırır və əsas obyektlərlə işləməyi bacarırlar. Multimediya təqdimatlarının ayrılmaz hissəsi olan mətn və təsvirlərlə işə daha çox diqqət ayırılır. Təqdimat redaktorunda iş mətn, təsvirlər və digər obyektlərlə iş nəzərdə tutulur. Ofis proqramlarının intefeysi vahid formada olduğu üçün MS PowerPoint-də iş bacarıqları MS Word-də və digər ofis proqramlarında iş zamanı tətbiq oluna bilər. Gələcəkdə bu proqramlardan necə istifadə edə bilərlər?
Ofis proqramları ilə əlaqəsi olmayan insan fəaliyyət sahəsini təsəvvür etmək mümkün deyil. Bu proqramlarla iş bacarığı müasir cəmiyyətdə zəruri bacarıqlardır. Həm məktəbdə, həm də gələcəkdə iş karyerasının uğurlu olması həmin bacarığın tətbiq edilməsi qabiliyyətindən asılı ola bilər.
Dərsin təqdimatı
Dərsin təqdimatı yeni mövzunu şagirdlərə təqdim etməkdə müəllimə köməkçi olur. Dərsdən əvvəl mütləq təqdimatı nəzərdən keçirin, dərsdə təqdimatı nümayiş etdirdikdə isə "Baxış" (Смотреть) düyməsini klikləməyi unutmayın.
Platformada iş
Hər dərsdə iki növ tapşırıq olur: əsas və əlavə. Dərsin mövzusunun mənimsənilməsi zamanı bütün şagirdlər əsas tapşırığı yerinə yetirməlidirlər. Əlavə tapşırıqlar əsas tapşırığı tez bitirən şagirdlər üçün nəzərdə tutulur. Əlavə tapşırıqları məcburi olmayan ev tapşırığı kimi şagirdlərə verə bilərsiniz. Tapşırıqların dərsdən əvvəl müəllim tərəfindən həll olunması müəllimin vəzifələrindən biridir.
Şagirdlərin istifadəçi adları və şifrələri
Şagirdlər hər dərs platformada işləyirlər – tapşırıqları, testləri yerinə yetirirlər və ən sonda dərsi qiymətləndirirlər J Platformaya daxil olmaq üçün https://mars.algoritmika.az saytına daxil olursunuz, istifadəçi adı və şifrəni daxil edirsiniz. Birinci dərsdən əvvəl şagirdlərin istifadəçi adlarını və şifrələrini çap edib dərsə gətirməyi unutmayın.
LMS`də bağlı dərsləri açmaq üçün:
1. Hər qrupda "Dərslər" siyahısına daxil olursunuz.
2. Hər mövzunun sağ tərəfindəndə "Bağlıdır" işarə vardır. Üzərinə basaraq "Açıqdır" edirsiniz.
Sual yaranarsa necə əlaqə saxlaya bilərəm?
"Rəqəmsal bacarıqlar" layihəsinin istifadəçilərinin və platformanın hər zaman hazır və işlək olması üçün bizim dəstək xidmətimiz mövcuddur. Platformada hər hansı bir nasazlıq yarandıqda kömək üçün bizim mütəxəssislərə müraciət edə bilərsiniz.

Ərizənizi iki servis vasitəsilə göndərə bilərsiniz: